Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
Bakı şəhərində 2010-2011-ci il təvəllüdlü idmançıların atletika üzrə ölkə birinciliyi keçirilib. Bakı Atletika Mərkəzində reallaşan yarışa muxtar respublikadan 1 məşqçi, 5 idmançı qatılıb.
Təmsilçilərimizdən yalnız biri – Namiq Babayev gözləntiləri doğruldaraq ölkə birinciliklərindəki uğurlu gedişatını davam etdirib. Yeniyetmə atlet həm 800 metr (2:13.97), həm də 1500 metr (4:44.94) məsafəyə qaçış yarışlarında qızıl medal qazanmağa müvəffəq olub.
Digər idmançılardan Ayxan Sadiqli, Elmira İsmayilova, Aysel Hüseynova və Aylin Bədəlli müxtəlif məsafələr üzrə yarışıblar.
Digər xəbərlər