Azərbaycan-Keniya ikitərəfli və çoxtərəfli əməkdaş...
22:07 03.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Bakı şəhərində 2008-2009-cu il təvəllüdlü idmançılar arasında ölkə yay birinciliyi keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikasını Ordubad rayon komandasından məşqçi Əmrah Nağıyev, 3 qız və 1 oğlan atlet təmsil edib. İdmançılardan yalnız Namiq mükafatçılar sırasına düşə bilib.
Təmsilçimiz əvvəlcə 1500 metr məsafəyə qaçış yarışında mübarizə aparıb və gümüş medalçı olub. 3000 metr məsafədə isə 9 dəqiqə 50.69 saniyəlik göstərici ilə finişə hər kəsdən öndə çatan Namiq Babayev qızıl medala sahib çıxıb.
Digər xəbərlər