NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 31,1 faiz artıb

...

“Şərq qapısı” xəbər verir ki, cari ilin yanvar-iyul aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 90 milyon 422 min 790 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 7 milyon 511 min 510 dollarını və ya 8,3 faizini ixrac olunmuş məhsulların, 82 milyon 911 min 280 dollarını və ya 91,7 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 31,1 faiz, o cümlədən idxal 34,9 faiz, ixrac isə 0,1 faiz artmışdır.

Nəşr edilib : 13.08.2026 15:32