Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclasla...
16:31 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin oktyabr ayı ərzindəsuvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilib, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb, hidrotexniki qurğularda təmir işləri aparılıb, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilib. Belə ki, 2024-cü ilin oktyabrayının sonundasu anbarlarında 180,78 milyon kubmetrsu ehtiyatı mövcud olub. Su istifadəçilərinə oktyabrayı ərzində 15,88 milyon kubmetrsu verilib, bunun müqabilində 12792 hektar torpaq sahəsi suvarılıb.
2024-cü ilin oktyabrayı ərzində 0,18 kilometr seləqarşı istiqamətləndirici bənd tikilib, 10,9 kilometr beton vətorpaq kanallar, 27,46 kilometr ara arxlar, 3,7 kilometr kollektor lildən təmizlənib, 3,48 kilometr içməli su, 0,21 kilometr kanalizasiya xətti çəkilib, 0,55 kilometr mövcud içməli su xətlərində, 0,2 kilometr kanalizasiya xətlərində, 0,24 kilometr kaptajlarda, suvarma boru xətlərinin 1,29 kilometr hissəsində və təzyiqli boru xətlərinin 1,63 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədilə Şərur rayonunda Dəmirçi kollektorunda 2,7 kilometr, Babək rayonunda Nehrəm kollektorunda isə 1 kilometrkollektor lildən təmizlənib. Görülən işlər nəticəsində Şərur rayonunun 33 hektar, Babək rayonunun isə 15 hektar, olmaqla, ümumilikdə, 48 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda 127 metr, Naxçıvan şəhərində isə 50 metr selə qarşı istiqamətləndirici bənd qurulub.
Bundan əlavə, muxtar respublikada içməli su təminatını yaxşılaşdırmaq üçün Culfa rayonunun Bənəniyar kəndində 1050 metr uzunluğunda, Əbrəqunus kəndində yeni qazılmış subartezian quyusundan 800 metr uzunluğunda, Ordubad rayonunun Düylün kəndində isə yeni qazılmış subartezian quyusundan 1430 metr uzunluğunda yeni içməli su xətti çəkilib.
Yaşıllıq zolaqlarının suvarma su təminatını yaxşılaşdırmaq üçün Babək rayonu ərazisində mövcud yaşıllıq zolaqlarında suvarma boru xətlərinin 500 metr hissəsində təmir-bərpa işləri aparılıb.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləridavam etdirilib. Belə ki, Şərur rayonunda “Zeyvə-1”, “Zeyvə-2”, “Muğanlı”, “Həmzəli-1”, və “Həmzəli-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,04 kilometr hissəsində, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Qoşadizə”, “Hacıvar” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,59 kilometr hissəsində, Şahbuz rayonunda“Əcəmi-1”, “Əcəmi-2”, “Daylaqlı”, “Şahbuzkənd” və “Naxçıvani” nasos stansiyalarının və subartezian quyularının təzyiqli boru xətlərinin 0,06 kilometr hissəsində, Culfa rayonunda “Culfa-1”, “Yaycı-3” və “Bənəniyar” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,28 kilometr hissəsində, Ordubad rayonunda “Əylis-1” və “Dəstə-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,2 kilometr hissəsində, Sədərək rayonunda “Sədərək-2” və “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,02 kilometr hissəsində, Kəngərli rayonunda “Qıvraq-1”, “Böyükdüz” “Qıvraq-2”,nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,1 kilometr hissəsində, Naxçıvan şəhərində “Qaraçuq-2”, “Azərbaycan” və “Sərhəd dəstəsi” nasos stansiyalarının təzyiqli boru xətlərinin isə 0,35 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.
2024-cü ilin oktyabr ayı ərzində 4 kəhrizdə cari təmir işləri başa çatdırılıb, 2 kəhrizdə isə işlər davam etdirilib. Kəhrizlərdə 135metr kürə təmizlənib, 21metr saybənd hörülüb. Bundan əlavə, Aşağı Əylis kəndində yerləşən “Gülbəsər” kəhrizinin cari təmiri üçün diametri 800 millimetr olan 5 metr uzunluğunda dəmir boru, diametri 330 millimetr olan 50 metr uzunluğunda plastik boru istifadə olunub.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 5 ədədinə yeni nasos quraşdırılmaqla, 59 ədədi əsaslı təmir olunub. Bundan əlavə, su təminatını yaxşılaşdırmaq məqsədilə Culfa rayonunun Əbrəqunus kəndində 1 yeni subartezian quyusunun qazma işləri başa çatdırılıb, Şahbuz rayonunun Sələsüz kəndi ərazisində isə 1 yeni subartezian quyusunun qazılmasına başlanılıb.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində son tamamlanma işləri görülərək içməli su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb.
Şahbuz rayonu ərazisində yerləşən “Qanlıgöl” su anbarı uzun müddət təmir olunmadığından su anbarının suburaxıcı qülləsi istifadəyə yararsız hala düşmüşdür. Suburaxıcı qüllə ətrafında sızmaların qarşısını almaq və dayanıqlığı təmin etmək məqsədilə təmir-bərpa işləri aparılıb. Belə ki, suburaxıcı qüllənin dib ətrafı boyu beton konstruksiyalarla istinad divarları tikilərək bərpa olunub.
Naxçıvan Muxtar Respublikası
Dövlət Su Ehtiyatları Agentliyinin
mətbuat xidməti
Digər xəbərlər