NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Muxtar respublikada ağacəkmə tədbirlərində 11 mindən çox ağac əkilib

...

Muxtar respublikada ağacəkmə tədbirlərində 15,9 hektar sahədə 11 mindən çox ağac əkilib, bir yeni meyvə bağı salınıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi tərəfindən Şərur rayonunun Püsyan kəndi ərazisindəki 10,8 hektar sahədə yeni meyvə bağı salınıb, 9 min ədəd calaqaltı ting əkilib. 
İdarə tərəfindən noyabr ayının ilk 15 günü ərzində Qarabulaq, Rüstəm, İşgəsu, Bist, Gəvik meşələrində 2,5 hektar sahədə 1000 ədəd ağac əkilib, 10 hektar sahəyə 20 kiloqram toxum səpilib.
Qeyd edək ki, “Əkinçi" bağı və Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarındakı yaşıllıq sahəsində də ümumilikdə, 2,6 hektar sahədə 1100 ağacla bərpa işləri icra olunub.

Nəşr edilib : 18.11.2024 10:19