NAXÇIVAN :

08 Noyabr 2026, Bazar

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

"Şərq qapısı" xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, habelə regional və qlobal proseslər müzakirə edilib.

Prezident Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın inkişaf edəcəyinə inandığını və növbəti dövrdə münasibətləri daha da sürətləndirmək üçün çalışacaqlarını bildirib.

İranla ABŞ arasındakı gərginliyin sona çatmalı və problemlərin diplomatiya yolu ilə həll edilməli olduğunu qeyd edən Türkiyənin dövlət başçısı Ankaranın sülh üçün səy göstərməyə davam edəcəyini vurğulayıb.

Prezident Ərdoğan Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün artan diplomatik səylərin müsbət nəticə verəcəyinə inandığını, Türkiyənin bu prosesə töhfə verməyə davam edəcəyini və həm Ukrayna, həm də Rusiya ilə dialoqun genişləndirilməsinin vacibliyini vurğulayıb.

Nəşr edilib : 07.11.2026 22:15