NAXÇIVAN :

01 Oktyabr 2026, Cümə axşamı

Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb

...

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə M. Babayev "X" sosial şəbəkə hesabında yazıb.
"Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe ilə görüşməkdən məmnun oldum. Azərbaycan-Yaponiya münasibətlərinin möhkəmləndirilməsinə, həmçinin iqlim və ətraf mühit məsələləri üzrə əməkdaşlığımıza  verdiyi töhfələrə görə minnətdarlığımı bildirdim", – o qeyd edib.
M. Babayev K. Vatanabeyə gələcək fəaliyyətində uğurlar arzulayıb və diplomatik karyerasının növbəti mərhələsi üçün ən xoş arzularını ifadə edib.

Nəşr edilib : 01.10.2026 19:42