NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

Muxtar Babayev: COP29-da fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişi üzrə əlimizdən gələni etməliyik

...

Dəniz səviyyələrindəki dəyişikliklər kiçik ada dövlətləri üçün ekzistensial riskdir.

"Şərq qapısı" xəbər verir ki, bunu BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil edilən “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da COP29 prezidenti Muxtar Babayev deyib.

O bildirib ki, son 10 ildə dəniz səviyyəsi əvvəlkindən iki dəfə çox sürətlə qalxıb:

"İqlim dəyişikliyi ilə bağlı fəsadlar tez-tez baş verir. Buna görə də biz COP29-da iqlim dəyişikliyinə qarşı fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişi üzrə əlimizdən gələni etməliyik. Şəffaflıq bu səylərin əsas hissəsidir".

Nəşr edilib : 03.09.2024 09:52