NAXÇIVAN :

14 Dekabr 2025, Bazar

Musiqi tariximizə töhfələrini verən təşkilat

...

2001-ci ilədək ictimai əsaslarla fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı həmin ildən fəaliyyətini rəsmi şəkildə davam etdirir. Bəstəkar və musiqişünasların toplandığı bu qurum hərtərəfli qayğı ilə əhatə olunub. Hazırda təşkilatın 13 üzvü var. Bu qurumun fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat almaq üçün təşkilatın sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovla həmsöhbət olduq. 

Onun sözlərinə görə, təşkilat üzvlərinin bir neçəsi Naxçıvan Dövlət Universitetinində çalışır. Onlar peşəkar musiqişünaslardır. Bəstəkarlarımız yaratdıqları əsərlərlə yanaşı, ictimai fəallıqları ilə də seçilirlər. Onların müxtəlif ixtisaslar üzrə yazdıqları dərsliklər nəşr olunub. Bu bəstəkarlar sırasında  Kamal Əhmədovun adını xüsusi qeyd etmək istəyirəm.  Ötən il Bakı şəhərində onun 75 illiyi qeyd olundu və Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Simfonik Orkestrinin və xor kapellasının iştirakı ilə yubiley konserti keçirildi.

Müsahibimiz onu da qeyd edir ki, son illər keçirdiyimiz önəmli tədbirlər çoxdur. Belə ki,Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə bizim bəstəkarların əsərlərinə geniş yer verildi. Biri dörd hissədən ibarət “Heydər dastanı”, muxtar respublikanın 100 illik yubileyində isə “Naxçıvan kapriçiosu” və başqa əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Yaşar Xəlilovun sözlərinə görə, noyabr ayının sonuna kimZəfərimizin 5 illiyinə həsr olunmuş müsabiqə təşkil ediləcək. Bu müsabiqəyə o, simfonik orkestr və xor kollektivi üçün “Zəfər himni” adlı əsər yazıb. Son yazdığı“Mizan” adlı əsər silsilədən ibarətdir və birinci cildi 48nömrədən ibarətdir. Bu əsərin may ayında Bakı şəhərində təqdimat mərasimi keçirilib. Həmsöhbətimiz deyir ki, Azərbaycan musiqi tarixində bu janrda yazılan ilk əsərdir. Hətta Azərbaycan musiqi ictimaiyyəti tərəfindən çox yüksək səviyyədə bəyənilib, eləcə də dərhal musiqi akademiyası və  musiqi kolleci, bütovlükdə, incəsənət məktəblərinə tövsiyə olunub ki, təhfil verilən kitabları tədris vəsaiti kimi istifadə etsinlər. O, deyir ki, Azərbaycanda ilk nümunə olan bu əsər dünya tarixində isə üçüncüdür. Hazırda həmin kitabın ikinci cildi üzərində işləyir.

Peşəkar musiqişünasların bir araya gəldiyi Naxçıvan Bəstəkarlar Təşkilatında ərsəyə gələn zəngin əməyin bəhrələri əminik ki, musiqi tariximizə öz töhfələrini verəcəkdir.

Aidə İBRAHİMOVA

 

Nəşr edilib : 29.08.2025 15:00