NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Moskva Alyaskadakı danışıqlarının təfərrüatlarını açıqlamağı məqsədəuyğun hesab etmir

...

Moskva Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın avqustun 15-də Alyaskada Ukrayna məsələsi ilə bağlı danışıqların təfərrüatlarını açıqlamağı məqsədəuyğun hesab etmir.

"Şərq qapısı" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Alyaskadakı danışıqlarda Ukrayna nizamlanması mövzusu dərindən müzakirə olunub. Lakin hesab edirik ki, hansısa təfərrüatı açıqlamaq məqsədəuyğun deyil, çünki nizamlanma maraqları baxımından indi diskret rejimdə işləmək vacibdir", - D.Peskov jurnalistlərə bildirib.

O əlavə edib ki, Putin və Trampın görüşü vaxtında baş tutmuş məzmunlu və çox konstruktiv görüş olub.

Nəşr edilib : 29.08.2025 15:12