Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb...
15:19 20.01.2026
0
0
0
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi Möminə xatun türbəsinin bərpası istiqamətində görülən işlərin davam etdirilməsi məqsədilə “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəriliyi və mütəxəssis heyəti Naxçıvana gəlib.
Hazırda türbə ətrafında mövcud olan qruntların vəziyyətinin öyrənilməsi üçün geotexniki tədqiqatlar aparılır.
Mühəndis-geoloji quyuların qazılması nəticəsində zədələnmiş və zədələnməmiş torpaq nümunələri götürülərək laboratoriya sınaqlarından (qranulometrik tərkib, sıxlıq, rütubət, möhkəmlik həddi, konsolidasiya əmsalı) keçiriləcək. Nəticədə, yeraltı suların səviyyəsi və xüsusiyyətləri müəyyənləşdiriləcək.
Şirkət tərəfindən tədqiqat nəticələrini və abidənin dayanıqlığını təmin etmək üzrə tövsiyələri əks etdirən texniki hesabat hazırlanaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə təqdim olunacaq.
Digər xəbərlər