NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

MİQ müsabiqəsində növbəti mərhələnin nəticələri bəlli olub

...

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, avqustun 8–10-da faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə keçirilən vakansiya seçimi nəticəsində 2058 namizəd uğur qazanaraq müsahibə mərhələsinə vəsiqə alıb.

Uğur qazanmayan və ya bu mərhələdə iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçimlərinə qatıla bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi avqustun 12-dən 15-dək keçiriləcək.

Nəşr edilib : 11.08.2026 20:58