NAXÇIVAN :

10 Mart 2026, Çərşənbə axşamı

Mina təhlükəsi ilə əlaqədar maarifləndirici videoçarx hazırlanıb

...

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinə qarşı diqqətin artırılması məqsədilə maarifləndirici videoçarx hazırlanıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlığı çərçivəsində hazırlanmış videoçarxın əsas məqsədi vətəndaşları və bölgəyə səfər edən şəxsləri mina təhlükəsi ilə əlaqədar xəbərdaredici nişanlara ciddi şəkildə əməl etməyə çağırmaq, təhlükəsizlik qaydaları barədə ictimai maarifləndirməni gücləndirməkdir. Videoçarxı təqdim edirik.

Nəşr edilib : 03.03.2026 16:16