NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Milli Aviasiya Akademiyası ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

...

Milli Aviasiya Akademiyası (MAA) ilə “Bayraktar Teknoloji Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
"Şərq qapısı" akademiyanın yaydığı məlumata istinadən xəbər verir ki, sənəd MAA-nın rektoru, akademik Arif Paşayev və “Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz tərəfindən imzalanıb.
Memorandum elm, təhsil, tədqiqat və istehsal sahələrində qarşılıqlı əməkdaşlığı, birgə layihələrin icrasını, tələbələrin və akademik heyətin iştirakı ilə təlimlərin təşkilini, ixtisasartırma və təcrübə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
Tədbir çərçivəsində qonaqlar Milli Aviasiya Akademiyasının tədris və elmi-tədqiqat laboratoriyaları, istehsalat sahələri, Tələbə yaradıcılıq evi, eləcə də Texnoritm mərkəzi ilə tanış olublar. Bu əməkdaşlıq iki qurum arasında elmi-texniki bilik mübadiləsinin genişləndirilməsinə, innovativ layihələrin reallaşdırılmasına, mütəxəssis hazırlığı proqramlarının təkmilləşdirilməsinə və yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək.

Nəşr edilib : 18.10.2025 11:07