Naxçıvanda tam (11 illik) orta təhsil səviyyəsi üz...
14:00 19.04.2026
0
0
0
Jurnalistikaya olan marağım uşaq yaşlarımdan başlayıb. Hər zaman xəbərləri izləməyə, baş verən hadisələrin arxa planını anlamağa və cəmiyyətin səsini duymağa çalışırdım. Elə bu maraq da məni jurnalistika ixtisasını seçməyə yönəltdi. Təkcə nəzəri biliklərlə kifayətlənməyib, praktikada da özümü sınamağa çalışdım.
Universitetimizin Media Mərkəzində könüllü kimi fəaliyyətə başladım. Burada ilk dəfə kamera arxasında və qarşısında dayanmağı, xəbər hazırlamağın əsas mərhələlərini, komanda ilə işləməyin məsuliyyətini öyrəndim. Daha sonra Medianın İnkişaf Agentliyində könüllü fəaliyyətim oldu. Bu təcrübə mənə medianın cəmiyyət həyatında necə mühüm rol oynadığını daha dərindən anlamağa yardım etdi.
Hazırda isə Naxçıvan Televiziyasında təcrübədəyəm. Hər gün efirə çıxarılan süjet, hazırlanan müsahibə mənim üçün yeni bir dərsdir. Jurnalistika sahəsi yalnız məlumat ötürmək deyil, həm də etibarlılıq, obyektivlik, operativlik və yaradıcı düşüncə tələb edir. Bu sahədə həm çalışmaq, həm də öyrənmək əvəzolunmaz bir fürsətdir.
Mətbuatın 150 illik şərəfli yolu yeni nəsil jurnalistlər üçün həm ilham mənbəyi, həm də dəyərli bir mirasdır. Mən də bu mirası qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək üçün bu peşəni seçdim. Sevgim, marağım və inamımla jurnalistika yolunda irəliləməyə davam edirəm.
Pərvin SƏFƏRZADƏ
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının III kurs tələbəsi
Digər xəbərlər