NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Mətbuat xalqın işıq yoludur

...

Xalqın maariflənməsində böyük rolu olan “Əkinçi” qəzeti həm də jurnalistlərin yetişməsi üçün məktəb rolunu oynayıb. Elə buna görə də biz fəxrlə deyə bilərik ki, Azərbaycan mətbuatı köklü bir tarixə sahibdir. Bu inkişaf biz tələbələr üçündə böyük fürsətlər yaradır. İstər Naxçıvan Dövlət Universiteti, istər Naxçıvan televiziyası, istərsə də “Şərq qapısı” qəzeti tələbələrin tədris ili boyunca təcrübə yolunu keçərək peşəkarlaşmalarında köməklik göstərir. Bu fürsəti dəyərləndirən bir gənc olaraq, içində olduğumuz bu tarixi anda Naxçıvan Dövlət Universitetinin Media Mərkəzində “Tələbə imzası” rubrikasında veriliş, xəbər aparıcısı, Naxçıvan Televiziyasında müəyyən mövzuda süjet hazırlamışam. Naxçıvan Muxtar Respublikasında Azərbaycanda Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbu orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “Qlobal İnformasiya Mühiti və Media Trend­ləri” konfransı – “MEDİAFEST-2025” tədbirində Azərbaycanın bir çox tanınmış jurnalistləri ilə tanış olmaq imkanı əldə etdim. Bu imkanlar mənim üçün, sadəcə, təcrübə deyil, həm də həyat dərsi oldu.
Mətbuat xalqın işıq yoludur, nə qədər ki mətbuatı­mız inkişaf edir xalqımız bir o qədər maariflənir.   

Nurtac İSMAYILOVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının II kurs tələbəsi

Nəşr edilib : 21.07.2025 21:34