NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

...

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 30-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

"Şərq qapısı" xəbər verir ki, iclasda yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada və operativ şəkildə iclasa çıxarılan müraciətlər Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul edilib.

Media subyektləri nümayəndələrinin iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.

Nəşr edilib : 30.01.2025 20:48