NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

Mərkəzi Asiya ölkələri və ABŞ Səmərqənd görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul edib

...

Özbəkistanın Səmərqənd şəhərində Mərkəzi Asiya və ABŞ xarici işlər nazirlərinin “C5+1” görüşünün yekunlarına əsasən uzunmüddətli, qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş Birgə Bəyanat qəbul edilib.

"Şərq qapısı" Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə regionun xarici işlər nazirliklərinin rəhbərləri və ABŞ dövlət katibi Marko Rubio iştirak ediblər.

Tərəflər ticarət və investisiyaların genişləndirilməsi, nəqliyyat və logistika infrastrukturunun inkişafı, təchizat zəncirlərinin şaxələndirilməsi, nadir minerallar, enerji, rəqəmsallaşdırma və innovasiya sahələrində birgə layihələrin perspektivlərini müzakirə ediblər.

İştirakçılar əldə edilmiş razılaşmaların həyata keçirilməsinə və əməkdaşlığın daha da gücləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Nəşr edilib : 19.10.2026 15:29