NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

QHT-lər üçün dövlət sifarişləri üzrə müsabiqə elan edilir

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün birlikdə dövlət sifarişləri üzrə müsabiqə elan edir.

"Şərq qapısı" xəbər verir ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı ilin oktyabrın 20-də başlanılacaq və noyabrın 10-dək davam edəcək.

Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.

Müsabiqə barədə ətraflı məlumatı linkə keçidlə əldə etmək mümkündür.

Nəşr edilib : 20.10.2026 17:44