NAXÇIVAN :

25 Noyabr 2024, Bazar ertəsi

Mənim təcrübə müəlimim

...

“Şərq qapısı” qəzeti mənim üçün həmişə əziz və doğma olub. “Nəticə çıxaracaqlarmı?” adlı ilk məqaləm qəzetin 1971-ci il 27 fevral tarixli nömrəsində dərc olunandan sonra 53 ildir ki, “Şərq qapısı” ilə əməkdaşlıq edirəm. İlk təcrübə müəllimim kimi “Şərq qapısı”na olan məhəbbətim peşə seçimimdə də mühüm rol oynayıb. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib təyinatla “Şərq qapısı” qəzetinə göndərilmiş, ilk əmək fəaliyyətinə burada başlamışam. Deyə bilərəm ki, qəzet şərəfli yol keçmiş, Azərbaycanda öz üslubu və yolu ilə seçilən mətbuat orqanı kimi böyük nüfuz qazanmışdır. 
Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, muxtar respublikanın sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin oxuculara çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.
“Şərq qapısı” qəzetini 103-cü ildönümü münasibətilə təbrik edir, redaksiya heyətinə, nəşrin əməkdaşlarına möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.

Hüseyn ƏSGƏROV
 yazıçı-publisist

Nəşr edilib : 21.11.2024 12:26