Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
NAXÇIVAN :
23 Fevral 2025, Bazar
Mənim Prezidentim sadədir. Sadə insan olmaq müasir dövrdə çox çətindir. Hələ ki, böyük bir dövlətin Prezidenti, bir ölkənin başçısı olasan və bu qədər sadə olasan. Mənim Prezidentim sadədir, çünki onun böyük ürəyi vardır. O ürək ki bütün Azərbaycanı, xalqını sevəcək qədər mərhəmətli və vicdanlıdır. O ürək ki gecə-gündüz Azərbaycan deyə döyünür. O ürək ki paylaşmağı sevir. O ürək güclüdür, əzmlidir, bacarıqlıdır, ədalətlidir. Ona görə ki, təkcə öz problemini yox, bütün xalqının problemini daşıyır. Lakin hər şeyi vaxtında və yerində həll etməyi bacarır. Elə götürək 44 günlük şanlı müharibədə qazanılan möhtəşəm Zəfəri. Burada xalqımız bir dağ kimi Prezidentinin yanında durdu, hörmət və ehtiramını ölkə başçısının siyasətini dəstəkləməklə göstərdi. Çünki O da həmişə xalqını sevib-sayıb, onun yanında olub. Dövlət-xalq-ordu birliyi, Azərbaycan xalqının Prezidentinə olan inamı sayəsində ədalət Zəfər çaldı. Bu gün ölkə başçısı işğaldan azad edilən torpaqları yenidən qurur, illərlə ruhu tapdalanmış, əzilmiş yurd yerlərinə yenidən nəfəs qaytarır. O torpaqlarda artıq azərbaycanlı ürəyi döyünür. Bir zamanlar qaçqın-köçkün vəziyyətinə salınan vətəndaşlarımız öz evlərinə qayıdıblar. Onların övladları indi oradakı məktəblərdə ən yüksək səviyyədə təhsil alırlar.
Mənim Prezidentim səmimidir. Həyatda necədirsə, insanlara olan münasibəti də eynidir. Xalqından heç nəyi gizlətmir. Müharibə vaxtı Prezidentimizin dilindən qələbə xəbərlərini eşidəndə bunun bir daha şahidi olduq. Prezidentimiz hər dəfə azad edilən torpaqlarda qurulub yaradılan şəraitlə tanış olan zaman vətəndaşlarla səmimi dialoq qurur. İsti münasibəti, diqqəti, qayğısı, onları çox sevindirir. Onların kədərini kədəri, sevincini sevinci kimi paylaşır. Onlara qucaq açır, bir süfrədə əyləşir, səmimi söhbət edir, vəziyyətləri ilə maraqlanır. Həmişə göstərir ki, daim sizin yanınızdayam. Bu da vətəndaşa güc, qüvvət verir, yaşamağa, qurub yaratmağa həvəsləndirir, ruhlandırır. Onun simasında daim bir təbəssüm, gülüş vardır. Bu qalib xalqın qalib Prezidentinin gülüşüdür.
Mənim Prezidentim mehribandır. Onun mehribanlığı təkcə sözdə deyil, əməlindədir, vətəndaşına can yandırmağındadır, bir şirin sözündə, hörmət dolu davranışında, xalqına verdiyi dəyərdədir. Çünki O daim xalqın içində olan Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin oğludur. Bu mehribançılıq ailədən gəlir. Ölkə başçısı və xanımı Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həm də nümunəvi ailə modelinin qurucusudurlar.
Azərbaycan xalqı xoşbəxt xalqdır. Onun cənab İlham Əliyev kimi müdrik, uzaqgörən, müzəffər lideri vardır. Vətəninə, xalqına, dövlətçiliyə misilsiz xidmət edən Prezidentimizlə qürur duyuram. Yaşasın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!
Güntac ŞAHMƏMMƏDLİ
Digər xəbərlər