Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
Bu gün Naxçıvan “ASAN xidmət” mərkəzi və "Almaz" psixoloji və nitq mərkəzinin birgə təşkilatçılığı ilə ”Mənim övladım fərqlidir” adlı görüş keçirilib. Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi olub. Görüşdə mütəxəssislər beyin inkişafı ləngiyən uşaqlarla davranış qaydaları, onların cəmiyyətə inteqrasiyası və təhsil həyatında uğurları barədə danışılıb. Onların cəmiyyətin və kollektivin üzvü kimi formalaşmasında əsas nüanslar barədə valideynlərə tövsiyyələr verilib.
Digər xəbərlər