Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Ko...
17:26 31.07.2026
0
0
0
NAXÇIVAN :
31 Iyul 2026, Cümə
Üçüncü ildir ki, ali təhsil müəssisələrinə ixtisas seçimi ərəfəsində belə bir sərgi təşkil edirik. Dövlət İmtahan Mərkəzinin fəaliyyəti yalnız imtahanların keçirilməsi ilə məhdudlaşmır. Biz eyni zamanda gənclərə gələcək təhsil və peşə yollarını düzgün müəyyənləşdirməkdə dəstək olmağa çalışırıq.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Ali təhsil müəssisələrinin sərgisi” çərçivəsində jurnalistlərə müsahibəsində söyləyib.
“Ümid edirik ki, bu cür sərgilər gənclərin ixtisas seçiminə və karyera yollarını müəyyənləşdirməsinə mühüm töhfə verəcək. Gələcəkdə belə tədbirlərin regionlarda da təşkil olunmasını nəzərdən keçiririk. Məqsədimiz 10-cu və 11-ci sinif şagirdlərini, eləcə də digər yuxarı siniflərdə təhsil alan gəncləri universitetlər, təhsil imkanları və ölkənin ali təhsil sistemi barədə əvvəlcədən məlumatlandırmaqdır”, – deyə DİM sədri qeyd edib.
Məleykə Abbaszadə bildirib ki, sərgi iştirakçıları peşəyönümlü testlərdən ödənişsiz istifadə etmək imkanı əldə ediblər. Onun sözlərinə görə, il ərzində ayda bir dəfə “e-psixoloq” platforması və DİM-in rəsmi internet səhifəsi vasitəsilə bu testlərə qoşulmaq mümkündür. 8-ci, 9-cu, 10-cu və 11-ci sinif şagirdləri həmin testlərdən keçərək gələcək fəaliyyət istiqamətlərini daha şüurlu şəkildə müəyyənləşdirə bilərlər.
DİM rəhbəri vurğulayıb ki, ixtisas seçimi yalnız ali məktəbə qəbul olmaq məqsədi daşımamalıdır. Hər bir gənc gələcəkdə hansı sahədə fəaliyyət göstərəcəyini, seçdiyi peşənin hansı imkanlar və çətinliklər yaratdığını əvvəlcədən bilməli, düşünülmüş şəkildə seçim etməlidir.
Digər xəbərlər