NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Məktəblilər arasında şahmat üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

...

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Naxçıvan şəhər tam orta məktəblərinin oğlanlardan ibarət komandaları arasında şahmat üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi Ümummilli Liderin əziz xatirəsinin yad edilməsi və məktəbli şahmatçıların ustalıq dərəcələrinin artırılmasından ibarət olub. Açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər tədbirin məqsədi haqqında məlumat verib və komandalara uğurlar arzulayıblar.
Naxçıvan Şahmat Mərkəzində keçirilən birincilikdə 16 ümumtəhsil məktəbin komandası, hər komandada isə 6 oğlan olmaqla, ümumilikdə, 96 nəfər iştirak edib. Yekuna əsasən 8 nömrəli tam orta məktəbin komandası I, 10 nömrəli tam orta məktəbin komandası II, 3 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Sonda qaliblər mükafatlandırılıb.

Nəşr edilib : 11.12.2024 10:37