NAXÇIVAN :

17 Mart 2025, Bazar ertəsi 00:34

Məktəblilər arasında Nəsrəddin Tusi adına II Fizika-Riyaziyyat Olimpiadasının şəhər-rayon mərhələsi keçirilib

...

Martın 15-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli alim, astronom, riyaziyyatçı, tarixçi,  ilahiyyatçı,  hüquqşünas və  görkəmli dövlət xadimi  Nəsrəddin Tusiyə həsr olunmuş V- IX sinif şagirdləri arasında  fizika-riyaziyyat fənləri üzrə  II Fizika-Riyaziyyat Olimpiadasının şəhər-rayon mərhələsi  keçirilib. 
8 mərkəzdə təşkil olunan olimpiadada məktəb mərhələsində qalib olan 1200-dən artıq  şagird iştirak edib. Olimpiadada şagirdlərə  fizika-riyaziyyat fənlərindən ayrı-ayrılıqda 25 sual təqdim olunub və sualların cavablandırılması üçün  3 saat vaxt ayrılıb.
Qeyd edək ki, bu mərhələdə uğur qazanan şagirdlər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar. 
Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.
Qeyd edək ki, rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaq.

Nəşr edilib : 15.03.2025 17:45