NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

...

Aprelin 13-ü saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Xatırladaq ki, fevralın 25-dən 2025-2026-cı tədris ilinin II yarısı üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir.

Şagirdlərin yerdəyişməsi “sy.edu.az” elektron sistemi üzərindən həyata keçirilir.

Nəşr edilib : 10.04.2026 15:06