NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Məktəb psixoloqları üçün təlim keçirilib

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin psixoloqları üçün “Psixoloqlarının peşəkar bacarıqlarının inkişafı” adlı  təlim keçirilib. 
Təlimin açılış tədbirində  çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov məktəb psixoloqlarının şagirdlərin psixoloji  sağlamlığının qorunmasında, onların akademik və sosial inkişafına töhfə verməsində mühüm rol oynadığını vurğulayıb. Nazir təlimin məqsədinin psixoloqların peşəkar bacarıqlarını artırmaq və onları yeni yanaşmalarla tanış etmək olduğunu qeyd edib. 
Təlim təcrübəli psixoloqlar,  Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzinin direktoru  Çapay Quliyev, “Almaz” psixoloji və nitq inkişaf mərkəzinin rəhbəri Almaz Məmmədova tərəfindən aparılıb,  iştirakçıların peşəkar inkişafına kömək məqsədilə onlara ədəbiyyatlar tövsiyə edilib, elektron resurslar paylanılıb. 
Təlimdə 200-ə yaxın psixoloq iştirak edib.

Nəşr edilib : 22.02.2025 12:30