Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin təşkil etdiyi media turun məqsədi 20 oktyabr –Energetiklər Günü və COP29 ərəfəsində media nümayəndələrini muxtar respublikada yaradılan alternativ və bərpa olunan enerji mənbələri ilə yaxından tanış etməkdir. Tur çərçivəsində Naxçıvanın "yaşıl enerji" potensialı barədə məlumat verilməsi nəzərdə tutulub.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov deyib.
O qeyd edib ki, Prezidentin 2023-cü ildə 5 iyun tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" qəbul olunub. Proqramda 11 prioritet müəyyən olunub ki, onlardan biri də Naxçıvanın energetika sahəsi ilə bağlıdır. Dövlət Proqramına əsasən “yaşıl enerji” istehsalı üçün 7992 ha ərazi ayrılıb. Artıq investisiya prosesi başlayıb. Yerli və xarici şirkətlərlə memorandum imzalanıb. İndi biz bir neçə layihə üzrə “Texniki-iqtisadi əsaslandırma”ları təhlil edirik. Stansiyaların tikinti prosesinin başlanmasına çox yaxınlaşmışıq. COP29 tədbirinə qədər təməlatma olacağı planlaşdırılır. İlkin mərhələdə gücü 30 meqavat olan yeni Günəş Elektrik Stansiyası da yaxın zamanda tikiləcək. Artıq bu stansiyanın tikilməsi üçün 688 hektar ərazi də ayrılıb.
"Görülən bu işlərin nəticəsində Naxçıvanda ümumi elektrik enerjisinin istehsalında “yaşıl enerji”nin payı illər üzrə davamlı olaraq artır. Belə ki, 2023-cü ilin doqquz ayında "yaşıl enerji"nin istehsal payı 35.1 faiz olduğu halda 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53 faizə yüksəlib. Hazırda ümumi elektrik enerjisinin 55 faizi “yaşıl enerji”nin hesabına təmin olunur. Çaylarda suyun səviyyəsinin yüksək olması ilə əlaqədar elə ay olub ki, bir ay ərzində ümumi elektrik enerjisinin 100 faizi “yaşıl enerji”nin payına düşüb", – deyə Məhərrəm Abbasov əlavə edib.
Digər xəbərlər