NAXÇIVAN :

10 Iyul 2026, Cümə

Media: ABŞ İrana yeni zərbələr endirməyə hazırdır, lakin diplomatiyaya üstünlük verir

...

ABŞ Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik səyləri davam etdirir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ qüvvələri əlavə hərbi əməliyyatlar keçirməyə hazır vəziyyətdədir. Bununla belə, Vaşinqton hazırda diplomatik səylərə üstünlük verir. Mənbələr vəziyyətin sürətlə dəyişdiyini və yeni zərbələrin istisna olunmadığını bildiriblər.

Bundan əvvəl “Reuters” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadla Vaşinqton və Tehran arasında texniki məsləhətləşmələrin davam etdiyini xəbər vermişdi.

Nəşr edilib : 10.07.2026 08:30