Sahibə Qafarova: Azərbaycan ilə Çin parlamentləri ...
19:36 12.03.2025
0
0
0
NAXÇIVAN :
12 Mart 2025, Çərşənbə
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Culfa Rayon Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Səyyar Məmmədov qeyd edib ki, klub müəssisələrinin fəaliyyət istiqamətlərindən biri də əlamətdar və tarixi günlərə, eləcə də mədəni irsimizin təbliğinə həsr olunmuş mədəni-kütləvi tədbirlərin keçirilməsindən ibarətdir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd xalqımızın mədəni irsini təbliğ etmək, tarixi və əlamətdar günlər haqqında sakinlərdə təsəvvür və yaddaş formalaşdırmaq olmalıdır. Xüsusilə gənc nəsil məhz belə tədbirlər sayəsində tariximizi, milli mədəniyyətimizi öyrənir, eləcə də tarixi şəxsiyyətlərimizi və mədəniyyət xadimlərimizi tanıyırlar.
Seminar-müşavirədə mərkəzin Mədəni-kütləvi tədbirlərin təşkili metodikası şöbəsinin müdiri Zəminə Gülməmmədovanın “Keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlərin sənədləşdirilməsi işi haqqında” və həmin şöbənin aparıcı metodisti Əminə Məmmədovanın “Mədəni-kütləvi tədbirlərin təşkili metodikası” mövzularında çıxışları olub.
Çıxışlarda bildirilib ki, mədəni-kütləvi tədbirlərin təşkili zamanı klub müəssisəsinin məsul şəxs və ya şəxsləri tərəfindən müvafiq qaydada sənədləşdirmə işinin aparılması vacibdir. Bu həmin klub müəssisəsi əməkdaşlarının öz işlərinə məsuliyyətini artırır, həm də tədbirlərin davamlı və ardıcıl xarakter alması ilə nəticələnir.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.
Digər xəbərlər