Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Mək...
23:32 01.05.2026
0
0
0
30 oktyabr tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə klub müəssisələrinin gənc əməkdaşları arasında "Mədəni irs" adlı intellektual oyun keçirilib.
Tədbiri giriş sözü ilə açan nazirliyin əməkdaşı Şəfəq Əhmədova oyunun keçirilməsində əsas məqsədin gənclərin milli-mənəvi dəyərlərimizin təbliği işində fəallığının artırılması, klub işi sahəsində istedadlı gənclərin aşkar edilməsi, həmçinin onların asudə vaxtının səmərəli təşkili və intellektual səviyyələrinin yüksəldilməsi olduğunu vurğulayıb.
İki turdan ibarət olan yarışda, ümumilikdə, 8 komanda iştirak edib. Final mərhələsində 5 komanda mübarizəni davam etdirib.
Nəticələrə əsasən Ordubad Rayon Mədəniyyət Sarayının "Zəngəzur" komandası I, Culfa Rayon Mədəniyyət Sarayının "Əlincəqala" komandası II, Kəngərli Rayon Mədəniyyət Sarayının "Dəmir yumruq" komandası isə III yerə layiq görülüb. Qaliblər diplomlarla, Sədərək Rayon Mədəniyyət Sarayının "Qeyrət qalası" komandası isə fəal iştirakına görə fəxri fərmanla təltif olunub.
Digər xəbərlər