Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
Hazırda dünyada 59 münaqişə ocağı var. Dünyanın bir çox ölkələrində inflyasiya dərəcəsi artır. Bir çox ölkələrdə milli valyutalar dəyər itirir. Beləliklə, hər bir müharibə dəhşətli faciələr yaradır. Pandemiyalar səbəbindən xərclər artır, bu da qiymətlərin artmasına səbəb olur.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Ümumdünya Ərzaq Proqramının (WFP) Berlin Qlobal Ofisinin Direktoru Martin Frik noyabrın 17-də Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşünün ikinci günündə keçirilən sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada pandemiya və münaqişələr səbəbindən qidalanma ilə bağlı təchizat zənciri pozulub. Həmçinin iqlim dəyişikliyi də bu problemlərə daxildir.
"Hazırda dünyanın 10 milyard insanın yaşaması üçün qidalandırma potensialı var. Lakin qidaların paylanması qeyri-bərabərdir", - deyə o vurğulayıb.
Digər xəbərlər