NAXÇIVAN :

27 Iyul 2026, Bazar ertəsi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

...

Milli Hidrometeorologiya Xidməti iyulun 25-26-da bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan, Ağstafa, Samux, Kəlbəcərdə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Xaçmaz, Qusar, Şabranda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Nəşr edilib : 24.07.2026 15:10