Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan norm...
09:41 09.02.2026
0
0
0
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının 36-cı teatr mövsümünün açılışı münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə teatrın bədii rəhbəri-direktor Səyyad Məmmədov açaraq qeyd edib ki, bu günədək Kukla Teatrında çox sayda tamaşa hazırlanıb.Cari ildə yeni layihələrlə tamaşaçıların qarşısına çıxan teatr kollektivi marionetka üsulu ilə tamaşalar hazırlayıb.
Zəngin tarixi inkişaf dövrü keçmiş Naxçıvan teatrının müstəqillik illərində yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilib. Bu illərdə Naxçıvan Dövlət Kukla Teatrı Azərbaycanda və müxtəlif xarici səfərlərdə öz tamaşaları ilə teatrsevərlərin rəğbətini qazanıb. Teatr repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrindən, dünya klassiklərinin əsərlərindən, xalq nağıllarından tamaşalar hazırlayır.
Sonra Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında marionetka üsulunda hazırlanmış eyni adlı tamaşası nümayiş olunub.
Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Digər xəbərlər