Naxçıvan Dövlət Universitetində “Müasir dövrdə fiz...
14:41 23.12.2024
0
0
0
Naxçıvan şəhərində 27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq bir qrup könüllü gəncin Vətən müharibəsi iştirakçıları ilə görüşü keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə qazilərimiz Abbasəli Tarverdiyev, Pərviz Muradov, Vidadi Məmmədov və hazırda xidmətini davam etdirən hərbçilərimiz – kapitan Elvin Məmmədov, kiçik gizir İsmayıl Həsənov və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Səfəralı Səfərov iştirak ediblər.
Tədbirdə öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edilib.
Nazirliyin şöbə müdiri açılış nitqi ilə çıxış edərək bütün hərbçilərimizə ali xidmətlərinə görə minnətdarlıq edib, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib. Qeyd olunub ki, dövlət gənclər siyasətinə uyğun olaraq ölkəmizdə gənc nəslin vətənpərvər ruhda böyüməsi, Azərbaycançılıq ideologiyası və milli dövlətçilik prinsiplərinə sadiq vətəndaş kimi formalaşmasına xüsusi önəm verilir, bu istiqamətdə müxtəlif işlər həyata keçirilir. Qəhrəman əsgər və hərbçilərimizin Vətənə, xalqa olan bağlılığı, döyüşlərdə göstərdiyi şücaət, mərdlik gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından çox mühüm əhəmiyyətə malikdir.
Tədbir diskussiya formatında davam edib. Müharibə iştirakçıları döyüş xatirələrini bölüşüb, gənclərə tövsiyələr verib, o cümlədən onları maraqlandıran sualları cavablandırıblar. Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən “Dövlət Suverenliyi Günü”nün təsis olunması ilə bağlı imzalanan Sərəncamın önəmindən bəhs olunub, suverenliyimizin tam bərpasını dünyaya bəyan edən bu sənədin qəhrəman şəhidlərin xalqımıza, yeni nəsillərə ötürdüyü vətənpərvərlik mirasına böyük dəyər qatdığı vurğulanıb.
Digər xəbərlər