NAXÇIVAN :

26 Iyun 2026, Cümə

Naxçıvanda hərbi orkestrin müşaiyəti ilə yürüyüş keçirilir

...

Naxçıvanda 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə bağlı hərbi yürüş keçirilir.
"Şərq qapısı" xəbər verir ki, yürüşdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları iştirak edir.
Hərbi qulluqçular orkestrin müşayiəti ilə Naxçıvan şəhərinin Dilqəm Pişəvəri, Əziz Əliyev küçələri və Heydər Əliyev prospektinin kəsişməsindən Zəfər parkınadək davam edəcək yürüşdə hərbi-vətənpərvərlik ruhunda marşlar və şüarlar səsləndirirlər.

Nəşr edilib : 26.06.2026 10:40