NAXÇIVAN :

26 Iyun 2026, Cümə

Azərbaycandan Ermənistana növbəti neft məhsulları partiyası yola salınıb

...

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.
"Şərq qapısı" xəbər verir ki, 18 vaqondan ibarət, çəkisi 971 ton olan Aİ-92 markalı avtomobil benzini və 8 vaqondan ibarət, çəkisi 467 ton olan dizel yanacağı iyunun 26-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Eyni zamanda, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Nəşr edilib : 26.06.2026 11:40