NAXÇIVAN :

03 May 2026, Bazar

Könüllülər Əlincə qalasına ekskursiya ediblər

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 5 dekabr–Beynəlxalq Könüllülər Günü ilə bağlı hazırladığı Tədbirlər Planının icrasına başlayıb. Bununla əlaqədar təşkil olunan ilk fəaliyyət könüllü gənclərin Əlincə qalasına ekskursiyası olub. Məqsəd gənclərin milli-mədəni irs haqqında məlumatlandırılması və könüllülük fəaliyyətinin təşviq olunması olub.

Əvvəlcə iştirakçılar “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin ekspozisiyası ilə tanış olublar. Muzeyin direktoru Kamal Gülmalıyev iştirakçılara muzey və abidə haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi 11 fevral 2014-cü ildə yaradılıb və 2016-cı il iyunun 17-də tarixi abidə və muzey istifadəyə verilib. Muzeydə Əlincəqala abidəsinin bərpadan əvvəlki, bərpa prosesi dövründə və bərpadan sonrakı fotoşəkilləri, tarixi məqalələr, kitablar, qəzet materialları, eləcə də ərazidən tapılmış boyalı keramika parçaları, saxsı və mis qablar sərgilənir. Bundan başqa, gümüş kəmər nümunələri, müxtəlif toxuculuq məmulatları, corab və araqçınlar, alətlər və digər maddi mədəniyyət nümunələri də sərgilənir. 

Daha sonra gənclər Əlincə qalasına qalxaraq bölgənin tarixi irsi və təbiətini daha yaxından tanımaq imkanı qazanıb, birgə xatirə fotoşəkilləri çəkdiriblər.

Nəşr edilib : 02.12.2025 17:03