NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır

...

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır.

"Şərq qapısı" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olması yaş həddinin 70-dən 75-ə qaldırılması təklif edilir. Həmçinin Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edəcək.

Nəşr edilib : 28.02.2025 14:09