NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Komitədə “ASAN Könüllüləri” ilə görüş olub

...

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə bir qrup könüllü gənclə maarifləndirici görüş keçirilib. Naxçıvan regional "ASAN xidmət" mərkəzinin cari və məzun könüllülərinin iştirak etdiyi tədbirdə muxtar respublikada uşaqların dövlət qayğısı ilə əhatə olunmasından və uşaq hüquqlarının qorunmasından danışılıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova və Naxçıvan regional "ASAN xidmət" mərkəzinin əməkdaşı İnci Quliyeva çıxış edərək bildiriblər ki, 65 il əvvəl, yəni 1959-cu il noyabrın 20-də BMT Baş Məclisinin Uşaq hüquqları Bəyannaməsini, 35 il əvvəl isə, yəni 1989-cu ilin həmin günündə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. Respublikamızda uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu dövlət uşaq siyasətinin nəticəsidir ki, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi qayğı ilə yanaşılır. Onların hərtərəfli inkişafı təmin edilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində tədbirlər həyata keçirilir.
15 nəfər könüllü gəncin yararlandığı tədbirin sonunda maarifləndirici broşürlər paylanılıb.

Nəşr edilib : 15.11.2024 17:30