NAXÇIVAN :

10 Yanvar 2025, Cümə

Kitabxanaların maddi texniki bazası gücləndirilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muxtar respublika əhəmiyyətli M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, həmçinin rayon(şəhər) mədəniyyət idarə və şöbələrinin tabeliyində fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemlərinin  maddi-texniki bazasının gücləndirilməsi, kitabxana əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, oxuculara müasir standartlara uyğun xidmət göstərilməsi günün tələblərinə uyğunlaşdırılıb.
Belə ki, nazirlik tərəfindən adıçəkilən müəssisələrə 8 adda kompüter, printer və digər avadanlıqlar təhvil verilib.
Gələcəkdə də nazirliyə tabe və sisteminə daxil olan müəssisə və təşkilatların maddi-texniki bazasının gücləndirilməsi işləri davam etdiriləcək.

Nəşr edilib : 10.01.2025 10:52