NAXÇIVAN :

10 May 2026, Bazar

“Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecində  “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Turqay Məhərrəmov və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin Maliyyə bazarı iştirakçılarının hüquqlarının müdafiəsi bölməsinin əməkdaşı Pərviz Babayev mövzu ilə bağlı çıxış edərək kiberhücumların şəxslərə, bizneslərə və təşkilatlara böyük zərər verə biləcək ciddi təhdidlər olduğunu və bu hücumların həssas məlumatların oğurlanmasına, məlumatların məhv edilməsinə və ya sistemlərin pozulmasına səbəb olduğunu, lakin kiberhücumların növləri haqqında məlumatlı olmaq və qabaqlayıcı tədbirlər görmək bu təhdidlərin qarşısını almağa və kibertəhlükəsizliyi gücləndirməyə köməklik edə biləcəyini bildiriblər. Həmçinin mövzu ilə bağlı Baş Prokurorluq tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 06.05.2026 17:09