Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin aidiyyəti əməkdaşları ilə birgə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyində “Kibercinayətkarlıq və ona qarşı mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Vasif Orucov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirmişdir ki, kibercinayətkarlıq qlobal sosial bəla hesab olunur və insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə, eləcə də beynəlxalq sülh və sabitliyə qarşı əhəmiyyətli təhlükəyə çevrilməklə böyük ictimai-siyasi təsirlərə malikdir. Buna görə də kibercinayətkarlığa qarşı ölkəmizdə qabaqlayıcı tədbirlər görülür və bu istiqamətdə maarifləndirmənin mühüm rolu vardır. Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət-axtarış idarəsinin Kibercinayətkarlıqla Mübarizə bölməsinin əməkdaşı Əli Qasımlı və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin Maliyyə bazarı iştirakçılarının hüquqlarının müdafiəsi bölməsinin əməkdaşı Mərhəmət Bayramov mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Digər xəbərlər