NAXÇIVAN :

12 May 2026, Çərşənbə axşamı

Kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar hansı halda götürülə bilər? – Yeni qanun layihəsi

...

Kənd təsərrüfatı fəaliyyətinə mane olduqda kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqların götürülməsinə yol veriləcək.

"Şərq qapısı" xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 12-də keçirilən iclasında müzakirəyə çıxarılmış “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanuna edilən dəyişikliklərin əsas məqsədi əkin və çoxillik əkmələr üçün nəzərdə tutulmuş kənd təsərrüfatı torpaqlarında istehsala mane olan yaşıllıqların (ağac, kol və digər bitkilərin kökündən çıxarılması və ya kəsilməsi) götürülməsinin hüquqi əsaslarını və mexanizmini formalaşdırmaqdır. Layihə bu cür maneələrin aradan qaldırılmasını qanunla icazə verilən hallar sırasına daxil edir və xüsusilə kolların kəsilməsi üçün sadələşdirilmiş prosedur tətbiqini nəzərdə tutur.

Sənəd əkin təyinatlı torpaqlarda müasir texnologiyaların daha səmərəli tətbiqinə, məhsuldarlığın yüksəlməsinə, fitosanitar mühitin yaxşılaşdırılmasına, su resurslarından istifadənin səmərəliyinin artırılmasına və istehsal prosesində texniki maneələrin aradan qaldırılmasına xidmət edəcək.

Qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Nəşr edilib : 12.05.2026 14:27