NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Kayrat Sarıbay: AQEM Qadınlar Şurasının yaradılması inklüziv idarəetməyə doğru mühüm addımdır

...

AQEM Qadınlar Şurasının yaradılması dialoqu fəaliyyətə çevirmək və həyatın bütün müvafiq sahələrində qadınların mənalı iştirakı vasitəsilə idarəetməni daha inklüziv etmək əzmimizi göstərir. Qadınlar Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdiyinə görə Azərbaycan sədrliyinə dərin minnətdarlığımı bildirmək istərdim.

"Şərq qapısı" xəbər verir ki, bunu AQEM Qadınlar Şurasının ilk iclasında qurumun Baş katibi Kayrat Sarıbay deyib.

Baş katib bildirib ki, illər keçdikcə AQEM Asiya dövlətlərini sülhün, sabitliyin və genişspektrli məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi kimi ortaq hədəf ətrafında birləşdirən yetkin, çoxtərəfli platformaya çevrilib. Bu gün Asiya AQEM-in missiyasını hər zamankından daha aktual edən çağırışlarla üz-üzədir. Geosiyasi təlatümlər, iqtisadi qeyri-sabitlik və artan sosial-humanitar ehtiyaclar bizdən yalnız dialoq platforması olmağı deyil, həm də etimadı gücləndirməyə, koordinasiyanı təmin etməyə, regionda sülh, təhlükəsizlik, sabitlik və dayanıqlı inkişafı təşviq etməyə qadir olan konkret təşəbbüslərin mənbəyi olmağımızı tələb edir.

Nəşr edilib : 14.04.2026 16:38