Bozumbayev: Rusiya və Azərbaycan aviaqəzanın krimi...
22:12 26.12.2024
0
0
0
"Dünyadakı ən gözəl duyğulardan biri evə çatmaqdır.
Bu gün evinə heç vaxt çatmayacaq olanların faciəsi bütün Azərbaycanı üzdü, sarsıtdı, kövrəltdi. Mənə həm də 2015-ci ilin 4 dekabrını xatırlatdı.
“Günəşli” neft yatağında həlak olanların da ayağı yerdən üzülmüşdü, ölüm daşa dönmüş su idi.
Bir-bir çəkirdi canına, canın necə şirin olduğunu anlayan neftçiləri…
Ölümə nə var ki…
Deyirlər qaş ilə göz arasındakı məsafədədir.
Bu gün isə həyəcandan titrəyən, qəhərdən boğulan titrək bir qadın səsinin çarəsizliyində idi, göyün yeddinci qatında.
Evinə çatmayacaq olanlara ümid olmağa çalışarkən, əslində, bütün insanlığa ümidi və inamı xatırladan Hökümənin səsində idi…
Evə çatmağa tələsməkdən çox, evə çatmağa inanın.Yerdə, ya göydə, dənizdə, ya torpaqda, fərqi yoxdur, dünyadakı ən gözəl duyğulardan biri evə çatmaqdır…
Başın sağ olsun, ölkəm".
Digər xəbərlər