NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

İtkin düşmüş şəxslərə həsr edilmiş beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib

...

Oktyabrın 2-də Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda keçirilən beynəlxalq konfransın sessiyalarından sonra yekun bəyanat qəbul edilib.

Bəyanatda silahlı münaqişə tərəfləri bütün mövcud məlumatları, o cümlədən dəfn yerlərinin xəritəsini və itkin düşmüş şəxslərlə bağlı hər hansı mövcud məlumatları paylaşmağa çağırılıb. Həmçinin beynəlxalq təşkilatlar xüsusi mexanizmlərin yaradılması üçün müvafiq qətnamələr qəbul etməklə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına kömək göstərməyə dəvət edilib.

Eyni zamanda, bu tədbirin yüksək səviyyədə təşkilinə, müzakirələrin aparılmasına dəyərli imkan yaratdığına görə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına minnətdarlıq bildirilib.

Nəşr edilib : 02.10.2024 18:33