Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
İsveçin “Sydsvenskan” qəzetində ermənipərəst dairələr tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) noyabrda Bakıda keçirilməsi ilə bağlı qərəzli yazılar dərc edilib.
Bundan dərhal sonra Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədovun cavab məqaləsi dərc edilib.
“Azərbaycanın COP29-a ev sahibliyi etməsinin Ermənistanla münaqişədən sonra “təbliğat qələbəsi” kimi qiymətləndirilməsi ilə bağlı fikirlərdə bizim sülhə doğru irəliləyişimiz nəzərdən qaçılır”, - deyə Z.Əhmədov yazıb.
Diplomat qeyd edib ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən qeyri-qanuni işğalı və 1 milyon dinc sakinin ev-eşiyini tərk etməyə məcbur edilməsi nəticəsində yaranmış münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün zəruri idi.
Lakin işğaldan azad edilmiş ərazilərdəki irimiqyaslı dağıntılar və minalarla çirklənmə qaçqınların geri qayıtmasına mane olur.
Səfir onu da vurğulayıb ki, 2020-ci ildən Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasını, eləcə də Cənubi Qafqazda sabitliyə dair sülh sazişi layihəsinin imzalanmasını təklif edir, lakin Ermənistan Konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddiaları barışıq yolunda böyük maneədir.
“Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə çoxmillətli Azərbaycanın tərkibində qalmaq təklifinə məhəl qoyulmayıb. Onların Ermənistana könüllü köçməsi məcburi addım kimi deyil, uzun illər separatçı rəvayətlərin nəticəsi kimi başa düşülməlidir”, - deyə diplomat yazıb.
Məqalədə Z.Əhmədov diqqətə çatdırıb ki, Olimpiya barışığından ruhlanaraq, Azərbaycan COP29-un Sədri kimi özünün flaqman təşəbbüsü - konfrans zamanı birgə atəşkəsə və iqlim böhranına diqqət yetirməyə çağırış edib. Bu təşəbbüs ekosistemləri məhv edən münaqişələr və iqlim dəyişmələri arasında dərin əlaqəni vurğulayır.
Azərbaycan təkcə neft və qaz istehsalçısı deyil, indi bərpa olunan enerji mənbələrinə keçir. 2030-cu ilə qədər enerjimizin 30 faizi bərpa olunan mənbələrdən olacaq və biz sualtı Qara dəniz kabeli ilə yaşıl elektrik enerjisini Avropaya ixrac etməyi planlaşdırırıq”, - deyə Z.Əhmədov məqaləsində ümumiləşdirib.
Digər xəbərlər