NAXÇIVAN :

02 May 2026, Şənbə

Culfada kanaldan cəsədi tapılan şəxsin kimliyi məlum olub

...

Culfa rayonunun Yaycı kəndi ərazisindən keçən kanalda cəsəd aşkarlanıb.
"Şərq qapısı" xəbər verir ki, cəsəd Ordubad rayon Baş Dizə kənd sakini, 1957-ci il təvəllüdlü Rəbahət Əsəd qızı Bayramovaya məxsusdur.
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, cəsəd FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nəşr edilib : 02.05.2026 19:25