“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
İstanbulda baş verən zəlzələ nəticəsində 17 nəfər xəsarət alıb.
"Şərq qapısı" Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İstanbul valisi Davud Gül deyib.
Onun sözlərinə görə, yaralananlar həyəcanlanaraq özlərini binadan ataraq xəsarət alıblar.
Vali zəlzələ nəticəsində heç bir dağıntının qeydə alınmadığını da qeyd edib.
***
16:19
Zəlzələdən sonra İstanbulda tələfat qeydə alınmayıb.
"Şərq qapısı" xəbər verir ki, bunu İstanbul valisi Davud Gül Mərmərə dənizində baş verən 5 maqnitudalı zəlzələ ilə bağlı açıqlamasında deyib.
Vali əlavə edib ki, rəsmi qurumlar vəziyyəti nəzarətdə saxlayır.
***
15:59
Bu gün İstanbulda 5 bal gücündə zəlzələ olub.
"Şərq qapısı" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.
Digər xəbərlər